Sağlamlıq

TƏBİB: “Omikron” ştamına yoluxmuş 12 nəfərin hər biri tam sağalıb”

Beynəlxalq təcrübəyə əsasən, hazırda yeni növ koronavirusun “omikron” ştamının yayılmağa başladığı ölkələrdə həmin ştam “delta”nı üstələyir. Həmin ştamın qeydə alındığı bütün ölkələrdə yoluxmaların əksəriyyəti “omikron”la əlaqəlidir. Ona görə də aşkarlanan pozitiv nəticələrin yeni ştamla əlaqəli olub-olmamasının ayrıca təyin edilməsinə ehtiyac görülmür.
Bu barədə AZƏRTAC-ın sorğusuna Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, yanvarın 10-da seçmə yolu ilə “omikron” ştamına yoluxduğu müəyyənləşən 12 nəfərin hər biri tam sağalıb, onların səhhətlərində heç bir problem yoxdur.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button