Ölkə

7 şəhidimiz var

Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən bir neçə hərbçi şəhid olub.

Analoq.az-ın xəbərinə görə, Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, döyüşlər nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları – General- mayor Həşimov Polad İsrayil oğlu, Polkovnik Mirzəyev İlqar Anzor oğlu,  mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu qəhrəmancasına şəhid olublar.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button