Gündəm

“Təklif edirəm ki, dənizdə çimmək də onlayn olsun”-PARTİYA SƏDRİ

Milli Cəbhə Partiyasının sədri,millət vəkili Razi Nurullayev “Facebook” sosial şəbəkəsində paylaşdığı statusu olduğu kimi təqdim edirik:

Vacib təklif: təklif edirəm ki, dənizdə çimmək də onlayn olsun. Hər kəs internetə daxil olub, qeydiyyatdan keçsin. Səhifədə Xəzər dənizi, lap belə Sakit okean açılsın.

Vətəndaşlar gözlərini yumub dənizi canlandırsınlar, hesab etsinlər ki, dənizdə üzürlər, sonra da çıxıb qumda uzanırlar.

Elə kompüterin qabağında çimərlik paltarında dayansınlar, günəşdən yanmamaq üçün krem də sürtsünlər bədənlərinə.

Təəccüblənirsiniz? Niyə? Onlayn qurban kəsə bilirsiniz, onlayn çimə bilmirsiniz? Naşükür olmayın!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button