CəmiyyətGündəm

Metronun Həzi Aslanov stansiyasında işlər niyə YEKUNLAŞMIR? – VİDEO

Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən “Həzi Aslanov 2” stansiyasında işlər yekunlaşmır.Kənarları hasarlanıb, qapısı bağlanıb, üzərinə isə iş getməsi ilə bağlı işarə də qoyulub. Bu yol 10 ildən çoxdur ki, bu vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, təmir üçün yolun bağlı olması onların işini çətinləşdirir. Evlərinə getmək istəyənlər yollarını dəyişirlər.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, bu stansiyanın tikintisi ilə bağlı hələlik yekun qərar yoxdur.

Əlavə olaraq, hazırda layihənin ilkin mərhələsi ilə bağlı işlər yekunlaşsa da, digər məsələlərlə bağlı müəyyən tədbirlər görülməlidir.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

Analoq az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button