GündəmİdmanMüsahibə

Bayerin oyunçusu : “Juninyoya qarşı oynamaq çətindir”

“Bayer”in oyunçusu Conatan Tah Avropa Liqasının 1/8 final mərhələsində Bakıda “Qarabağ”la heç-heçə etdikləri matçdan (2:2) sonra jurnalistlərə açıqlama verib.

Müdafiəçi əvvəlcə oyunla bağlı təəssüratlarını bölüşüb: “Çətin oyun oldu. Onların yaxşı oyunçuları var. Birinci hissədə bizim bəzi problemlərimiz var idi və çox da yaxşı oyun göstərmədik. İkinci hissədə ürəklə və inamlı düşüncə tərzi ilə qayıtdıq. Bacardığımızı etməyə çalışdıq. Şadam ki, hesabı bərabərləşdirə bildik”.

O, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirilən oyunları yada salıb: “Əlbəttə ki, bu oyun daha çətin idi. Qrup mərhələsi fərqlidir, çünki məğlubiyyətdən də sonra irəliləmək olur. Lakin indi biri qalır, biri çıxır. Ya irəliyə gedəcəksən, ya turniri tərk edəcəksən. Hamı isə turnirdə qalmaq istəyir. Ona görə bu oyunlar daha çətin olur. Futbolçular daha istəkli və aqressiv oynayırlar”.

28 yaşlı müdafiəçi gələn həftə keçiriləcək cavab oyunu haqda belə deyib: “Biz evdə oynayacağıq, ona görə də özümüzü inamlı hiss edirik. Növbəti mərhələyə keçmək istəyirik”.

O, Juninyoya qarşı oynayaraq çətinlik çəkdiyini qeyd edib: “Çox yaxşı oyunçuları var. Mən müdafiəçi olduğuma görə oyun boyu Juninyoya qarşı oynayıram. Ona qarşı oynamaq isə çətindir. Zubir və Yankoviç də çox yaxşı oyunçulardır. Özünə inamlı və keyfiyyətli oyunçuları var. Aqressiv oyun nümayiş etdirə bilirlər”.qol.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button