İdman

Bu gün AFFA-ya yeni prezident seçilir

Bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçiriləcək.

Analoq.az xəbər verir ki, konfransda AFFA-ın yeni prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. Tədbir saat 10:00-da başlanacaq. Toplantının gündəliyinə konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, Maliyyə Hesabatları, müstəqil auditorun hesabatı da daxildir.

Son 16 ildə AFFA-ya rəhbərlik etmiş Rövnəq Abdyllayev namizədliyini irəli sürməyib. Bu dəfə yeganə namizəd SOCAR-ın prezidenti Rövşən Nəcəf olduğundan o, AFFA-nın növbəti prezidenti seçiləcək. Beləliklə, R.Nəcəf Fuad Musayev, Ramiz Mirzəyev və Rövnəq Abdullayevdən sonra AFFA tarixində 4-cü prezident olacaq.

Konfransda AFFA İcraiyyə Komitəsinin yeni tərkibi də təsdiqlənəcək. İK üzvlüyünə namizədlər aşağıda adları qeyd edilən şəxslərdir (alnernativ namizədlər yoxdur):

AFFA prezidentliyinə namizəd

1. Rövşən Nəcəf – Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə “Neftçi” PFK tərəfindən

AFFA İcraiyyə Komitəsi üzvlüyünə namizədlər

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer

1. Səməd Qurbanov – “Neftçi” PFK tərəfindən

2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən

3. Xəyal Cəfərov – “Sumqayıt” FK tərəfindən

4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən

5. Maqsud Adıgözəlov – “Sabah” FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer

1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer

1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən

2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button