İdman

“Nant” – “Qarabağ” oyununun hakimləri açıqlanıb

Fransada “Nant” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununun təyinatları bəlli olub.Qarşılaşma Danimarkadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Yakob Kehletə Lars Hummelqard və Viktor Skite laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Yorgen Burçard yerinə yetirəcək. VAR hakimi niderlandlı Yeroen Manskot, onun köməkçisi Rob Diperinkdir.

Almaniyalı Peter Sippel hakim-inspektor, monteneqrolu Amil Gerina UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button