AraşdırmaSiyasət

Azərbaycanda İran təbliğatı aparan İNTERNET RESURSLARI – SİYAHI

“İranın Azərbaycana qarşı həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri də informasiya cəbhəsidir: Facebook, Telegram, İnstagram, Youtube sosial şəbəkələri bu siyasətin əsas platforması olaraq istifadə edilir”.

Analoq.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, bu siyasət əsasən iki istiqamətdə aparılır:

“Birincisi, din, şiə məzhəbi və Əhli-Beyt sevgisini manipulyasiya etməklə Azərbaycanın inanclı kəsimi üzərində təsirə nail olmaq;

İkincisi, Azərbaycan dövləti və hakimiyyətinin anti-İslam imicini formalaşdırmaq, Türkiyə və İsrailin Azərbaycanı “işğal edən”, “ələ keçirən” güclər kimi göstərmək və İranı “xilaskar” kimi təqdim etmək.

İran Azərbaycan ictimai rəyində daha təsirli olmaq üçün bu işi “azərbaycanlılar” vasitəsilə həyata keçirir. Bu siyahıda “Huseyniyyun” qruplaşmasının üzvləri – Tohid İbrahimbəyli, Orxan Məmmədov, Musa Əsədzadə, Rövşən Əsədov, Əkrəm Hacızadə və digərləri var.

Ekspert şəbəkənin Azərbaycan auditoriyasına hesablanan informasiya resurslarının adlarını da qçıqlayıb:

“Youtube platformasında kanalları:

1. “Müsəlman xalq” – “Azərbaycan araşdırma mərkəzi”;

2. “Az-Rad Tv”;

3. “Kərimə dövləti”;

4. “Həqiqətləri bil”;

5. “Əmmar Media”;

6. “Əli Aşiqləri_313”;

7. “Virtual müqavimət”;

8. “HuseyniyyunTv”;

9. “HİCAB.AZ313”;

10. “Yağlı Xəbər Plus”.

“Facebook” platforması:

1. “Huseyniyyun” qruplaşması üzvlərinin şəxsi hesabları;

2. “İslam-Eşq Dini” səhifəsi

3. “Həqiqətləri bil” səhifəsi;

4. “Azeri İslam Group”;

5. “Kərimə dövləti” səhifəsi.

Eyni zamanda müxtəlif dini adlar altında yaradılan onlarla səhifələr, qruplar, minlərlə feyk profillər üzərindən təbliğat qurulub. Şəbəkə İnstagram və Telegramdan da aktiv iştirak edir. Youtube və “Facebook”da yaradılan səhifələrin, kanalların İnstagram və Telegram kanalları da mövcuddur”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button