Ölkə

“İşsizlik ordusu yaranıb, amma heç kimin xəbəri yoxdur”-MİLLƏT VƏKİLİ

“Koronavirus pandemiyası ilə bağlı yeni iqtisadi paket hazırlanmalıdır”.

Analoq.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Əli Məsimli bildirib.

O qeyd edib ki, yeni iqtisadi paketdə ötən beş ay müddətində görülən tədbirlər analiz edilməli, müsbət tərəflər əsas götürülməlidir.

“Bu gün sahibkarlar öz işçilərinə pul verə bilmir. Yeni işsizlik ordusu yaranıb, amma heç kimin xəbəri yoxdur. Yeni iqtisadi paketdə bu şəxslərin dəqiq uçotu aparılmalıdır”, – deyə Ə.Məsimli əlavə edib.

O bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar vətəndaşlara iyul və avqust ayları üçün də 190 manat birdəfəlik ödəmə verilməlidir.

Analoq.az

Daha çox
Back to top button
Close