Siyasət

ABŞ institutu: Ukrayna Rusiyanın növbəti hücumlarının qarşısını ala bilər

Ukrayna Rusiyanın növbəti hücumlarının qarşısını ala bilər.Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

Qeyd olunub ki, bu, ABŞ Konqresinin ayırdığı yardımın Ukraynaya daha tez çatması şərti ilə mümkün olacaq.

Bununla belə, hesabatda qeyd edilib ki, rəsmi Kiyev yardımın çatdırılmasını gözlədiyi müddət ərzində əlavə uğursuzluqlarla üzləşə bilər: “Məlumata görə, ABŞ-nin Ukraynaya hərbi yardımı, o cümlədən uzaqmənzilli ATACMS raketləri həftənin sonuna qədər Kiyevə çatacaq”.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi təsdiqlənməsi üçün Senata ötürüləcək.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button