GündəmManşet

“Orta aylıq əmək haqqıdakı artım infilyasiyadan daha çoxdursa o zaman maaşa indeksasiya olunmalıdır”

Vüqar Bayramov: "əmək pensiyaları indeksasiya nəticəsində daha çox artar və infilyasiya təsirlərini minimumlaşdırar"

Milli Məclisdə “Əmək Pensiyaları haqqında” Qanuna edilən dəyişikliklər zamanı komitə müzakirələrində çıxışımda pensiyaların indeksasiya sisteminin təkmilləşdirilməsi üçün təkliflərimi təqdim edim. Belə ki, hazırda indeksləşmədə iki göstəricidən (orta aylıq əmək haqqının artım səviyyəsi və inflyasiya göstəricisi) istifadə edilir. Pensiya məbləği əvvəlki ildə orta aylıq nominal əmək haqqında artım tempinə, pensiya kapitalı isə infilyasiya göstəricisinə indeksasiya olunur.
Etiraf etmək lazımdır ki, pensiyaların orta aylıq əmək haqqıdakı artım tempinə indeksasiyası son iki ildə pensiya məbləğlərində əvvəlki qaydalara nisbətən daha yüksək artıma səbəb olmuşdu. Bununla yanaşı, pandemiya təsirləri səbəbindən 2021-ci ildə infilyasiya səviyyəsinin orta aylıq əmək haqqı məbləğindəki artımdan çox olacağı gözlənilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə isə, 2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2020-ci ilin eyni dövrünə nisbətən nisbətən 6,2 faiz artıb. Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi ötən ilin noyabr ayına nisbətən 10 faizə yaxın yüksəlib. Bu il orta aylq əmək haqqının isə 5.6 faiz artacağı gözlənilir.
Bu baxımdan, əmək pensiyaları indeksasiya edilən zaman hər iki göstəricinin “dəyişən vəribl” olaraq nəzərə alnması məqsədəuyğun olardı. Yəni, əgər orta aylıq əmək haqqıdakı artım infilyasiyadan daha çoxdursa o zaman maaşa indeksasiya olunsun. Amma əgər infilyasiya göstəricisi əmək haqqı artımlarından daha çoxdursa, o halda pensiyalar qiymət artımlarındakı faizə indeksasiya olunsun. Yəni, indeksasiyanın bu iki göstəricidən ən yüksək faizli nəzərə alınmaqla edilməsi daha uyğun olar. Bu halda, .
Əmək pensiyalarında indeksasiya artımlarının reallığı və infilyasiya təsirlərinin minimumlaşdırılması baxımdan təklif olunan mexanizmin tətbiqi daha məqəsədəuyğun olardı.

Vüqar Bayramov, millət vəkili

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button