Kriminal

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb

Axtarışda olduğuna görə ümumilikdə 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Şənbə və bazar günləri daxili işlər orqanları tərəfindən 54 cinayətin üstü “isti izlər”lə açılması təmin edilib.
Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə ümumilikdə 60 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 5 nəfər xəsarət almışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 15 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılmışdır.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button