Ölkə

“Hansı rayonda olmasa da Samuxda toylara icazə veriləcək”-Alı Qocayev

Samux icra başçısı da Ramiz Mehdiyevi müdafiə etdi: “O, dövlətin əsas sütunudur”
Saytımıza daxil olan informasiyalardan aydın olur ki, keçən şənbə yaxınları ilə Samuxda məclis təşkil edən sözügedən rayonun icra hakimiyyətinin başçısı Alı Qocayev də az qala dövlətə meydan oxuyaraq son hadisələrdən danışıb. Mənbənin dia.az-a söylədikləri:

“Alı Qocayev bildirdi ki, Ramiz Mehdiyev dövlətin əsas sütunlarından biri olub və bu gün ona hücum edilməsi yolverilməzdir. Daha sonra Alı Qocayev rayonda toyların təşkil olunmasından danışıb və bildirib ki, hansı rayonda olmasa da, Samuxda toylara icazə veriləcək”.

Qeyd edək ki, keçmiş Milli Məclis sədri Oqtay Əsədovun qohumu olan Alı Qocayevin bu əməli hökumətə asi çıxmaq kimi dəyərləndirilməklə yanaşı, həm də konkret mövqe nümayişi kimi də dəyərləndirilə bilər.
Hadisə ilə bağlı əlavə faktlarımızı təqdim edəcəyik. İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq! /dia.az

Analoq.az

Daha çox
Back to top button
Close