Ölkə

Yol polisi millət vəkilini niyə saxlayıb? – RƏSMİ AÇIQLAMA

Ötən gecə Novxanı yolunda Dövlət Yol Polisininin (DYP) əməkdaşı Milli Məclisin deputatı Razi Nurullayevi saxlayıb.
Analoq.az xəbər verir ki, bu barədə R. Nurullayev “Facebook” səhifəsindəki paylaşımında bildirib.

Belə ki, deputat paylaşımında DYP əməkdaşının onu qanunsuz şəkildə saxladığını bildirib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev millət vəkilinin şikayətinin araşdırıldığını bildirib:

“Hazırda həmin məsələ ilə bağlı araşdırma aparılır, daha sonra ətraflı məlumat veriləcək”.redaktor.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button