Ölkə

“Ordumuz bu istiqamətdə daha böyük uğurlara imza atıb” – İlham Əliyev

“Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atır, mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir”. APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdü: “Bu dəfə də bütün cəbhə boyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndi işğaldan azad edib və işğaldan azad etmə əməliyyatımız uğurla davam edir. Bu səhər mənə verilən məlumata görə, Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı. Bu məsələ ilə bağlı lazım olan vaxtda açıqlama veriləcək”.

Analoq.az

Daha çox
Back to top button
Close