Dünya

Terrorçu Araik Azərbaycanın Ordusunun hücumlarına dirəniş göstərməyə çalışdığını iddia edib

Son həftələrini, bəlkə də son günlərini yaşayan Dağlıq Qarabağdakı oyuncaq rejimin rəhbəri, hərbi cani Araik Arutyunyan təzədən xortlayıb və cəbhədə vəziyyətin acınacaqlı olduğunu, gündən-günə daha da ağırlaşdığını etiraf edib.Musavat.com-un ”Sputnik Armenii”yə istinadən verdiyi xəbərə görə, terrorbaşı “özümümüdafiə” qüvvələrinin könüllülərlə birgə Azərbaycanın Ordusunun hücumlarına dirəniş göstərməyə çalışdığını iddia edib.

“Arutyunyan genişləndirilmiş işçi görüş keçirib və bu görüşdə Azərbaycanın addımlarına və mövqeyinə əsaslanaraq xəbərdarlıq edib ki, uzunmüddətli döyüş əməliyyatlarına hazırlaşmaq lazımdır. Arxa cəbhəni gücləndirmək, infrastrukturların işini təmin etmək, vaxtında ərzaq tədarükü qurmaq, təqaüd və maaşları ödəmək, eyni zamanda, Ermənistana müvəqqəti köçmüş qarabağlıların sosial problemlərini həll etmək lazımdır”, – deyə məlumatda qeyd olunur.

Ön cəbhədəki durumdan danışan separatçıların quldur başçısı deyib: “Qarabağın “müdafiə ordusu” könüllülərlə birlikdə düşmənin hücum hərəkətlərinə müqavimət göstərməyə davam edir”, – deyə o, özünə və Dağlıq Qarabağda qalmış 5-10 erməniyə təsəlli verməyə səy edib. Eyni zamanda, əhalini “müharibənin uzunmüddətli çətinliklər və problemlərinə hazır olmağa” çağırıb. Halbuki Qarabağ erməniləri üçün ən böyük problem elə separatçı-kriminal rejimin özüdür – hansının varlığına ki, tezliklə ordumuz son qoyacaq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button