Siyasət

Putin Türkiyənin müasir hava hücumundan müdafiə sisteminə ehtiyacı duyur

Rusiya Prezidenti Vladimir Putin Cənubi Qafqazda baş verən proseslərdən, o cümlədən Türkiyə ilə münasibətlərdən danışıb.

Analoq.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Rusiya Prezidenti bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müstəqil siyasət aparır: “Onun kimi tərəfdaşla işləmək nəinki xoşdur, həm də etibarlıdır. Digər sahələrdə olduğu kimi, hərbi texniki sahədə də belədir: Türkiyənin müasir hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğunu dedi və aldı”.

Rusiya Prezidenti Türkiyənin Krım məsələsinə münasibətinə də toxunub: “O ki qaldı Türkiyənin Krımı Rusiyanın hissəsi olaraq tanımamasına… Nə olsun, bizdə heç də hər şey üst-üstə düşmür, məsələn, Cənubi Qafqaz məsələsində. Fikir ayrılığı mövcuddur. Ancaq biz Avropa və ABŞ-ın da mövqelərini bilirik. Ərdoğanı barmaqla göstərməyə gərək yoxdur, baxın görün başqa ölkələrdə nə edirlər…”.asiyasət.com

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button