Dünya

“Nikol deyir, kimin hansı forması var, onu götürüb cəbhəyə getsin”-ERMƏNİ DEPUTAT

Çiçəklənən Ermənistan partiyasından millət vəkili Gevork Petrosyan sosial şəbəkədə baş nazir Nikol Paşinyanı sərt tənqid edib.Erməni deputat deyib ki, oğlum 20 gündür müharibədədir, ondan bir xəbər yoxdur. Paşinyan müharibə başlayanda populist çıxışları dayandırmaq əvəzinə, şou göstərdi. Qadın taborlarını yaratdı, bütün məmurların döyüşə gedəcəyini söylədi. Bəs onlar haradadır, niyə getmədilər?! Nikol deyir, kimin hansı forması var, onu götürüb cəbhəyə getsin. Bu nə cür münasibətdir?! Forma yoxdur! Silah yoxdur! Yemək yoxdur! Və büdcə haradadır?! bir-birinin ardınca avtobus dayanacaqları tikdirir ! Bu pula silah almalısan. Yetər, artıq oyan! Tezliklə çox gec olacaq! ”

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button