Siyasət

Helikopterin vurulması: ruslar müharibəyə müdaxilə edir?

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasına məxsus Mi-24 təyyarəsi Naxçıvanla sərhəddə vuruldu. Azərbaycan tərəfi helikopterin səhvən vurulduğunu və buna görə Moskvadan üzr istədiyini açıqladı.

Şuşanın azad olunmasından sonra bu hadisənin baş verməsi suallar yaradır:

1. Rusiya helikoteri Azərbaycanla sərhəddə kalonla niyə uçurdu uçurdu?

2. Helikopterin Naxçıvanla sərhəddə yaxın ərazidə uçuşu təxribatdırmı?

Azərbaycanın hadisəyə dərhal reaksiyası və lazımi kompensiyasının ödəməyə hazır olduğunu bəyan etməsi doğru addımdır:

– helikopter aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuşu həyata keçirib;
-uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib;
-bundan öncə həmin ərazidə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin helikopterləri müşahidə edilməyib;

Bununla:

– Səhv olduğunu etiraf edir, həm də səhvin hansı şəraitdə baş verdiyini açıqlayır;
– Bu açıqlama ilə Ermənistanın hadisədən istifadə etməsinə qarşı tədbir görür;
– Hadisənin təxribat olub-olmadığını araşdırmaq üçün vaxt qazanır;

İndiki halda reaksiyanın gecikdirilməsi, yaxud inkar edilməsi İrəvanın əlinə oynamaq olardı.

Helikopterin Naxçıvanla sərhəddə uçmasının təxribat olduğu istisna deyil: Qarabağ müharibəsinə qarışmayan Rusiyanı bu yolla fakt qarşısında qoymaq cəhdi.

Bunda Ermənistan, eləcə də Moskva daxilində bəlli qüvvələr maraqlıdır. Putinin “müharibə Ermənistan ərazisində getmir” açıqlamasına baxmayaraq, Lavrov və Narışkinin iddiaları Kremldəki maraqlı qrupları aydın göstərir.

a) Helikopter məqsədli şəkildə Naxçıvanla sərhəddə və çox aşağı səviyyədə uçub;
b) Müharibənin getdiyi vaxt bu istiqamətdə və məsafədə uçan helikopterin vurulması ehtimalı yüksəkdir;
c) Naxçıvandan – Türkiyə qüvvələrinin olduğu ərazidən vurulmasına şərait yaratmaqla bölgədə Moskva-Ankara toqquşmasına zəmin yaratmaq;

Planın belə olması sirr deyil, lakin Rusiya bu hadisədən proseslərə müdaxilə üçün istifadə edəcəkmi?

Birincisi: Rusiya müdaxilə etmək istəsəydi, ümumiyyətlə müharibənin başlamasının qarşısını bütün vasitələrlə alardı. Bunu 40 gündən sonra niyə etsin?!

İkincisi: hesab etmək olar ki, ruslar ətraf rayonların azad olunmasına səssiz qalsalar da, Qarabağın inzibati ərazisinə müdaxiləni istəməyiblər və Şuşanın azad olunmasından sonra müdaxilə qərarı verilib. Halbuki:

– ordumuz Hadruta daxil olanda, ətraf rayon məsələsini masadan götürdü və bu məntiqlə müdaxilə indi yox, həmin vaxt olmalı idi;
– Putinin siyasi iradəsini də təmsil edən müdaxiləsi üçün daha asan vasitələr olduğu halda, hansısa helikopterin vurulmasına ehtiyac varmı?

Bu iki məqam Rusiyanın müdaxilə ehtmalını sıfıra endirir və hadisənin həm də Putinin iradəsinə qarşı olduğu versiyasını gücləndirir.

Bu təxribatın lokal və qlobal tərəfləri ola bilər: Rusiyanın Qarabağ müharibəsinə cəlb edilməsi; Regionda Türkiyə ilə toqquşması;

2015-ci ilin “təyyarə böhranı”ndan sonra Putin bunu daha yaxşı anlayır.

Nəticə: Ermənistanın üzvü olduğu KTMT, dolayısı ilə Rusiya müdaxilə etməyəcək; KTMT-nin hadisəni “faciə” adlandırması da bunu deməyə əsas verir;

Burada təxribatın başqa tərəflərinin olması da istisna deyil və bunun araşdırılacağı dəqiqdir.

Asif Nərimanlı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button