Dünya

“Qaçqın axını nəticəsində Ermənistanda sosial problemlər ağırlaşdı”-Ermənistan prezidenti

Prezidentin bazar ertəsi yayımladığı mesajında ​​deyilir: “Yaralı iqtisadiyyat nəhəng sosial problemlərlə daha da boğuldu. Böyük bir qaçqın axını nəticəsində Ermənistanda sosial problemlər ağırlaşdı. Eyni zamanda, koronavirus pandemiyası ilə bağlı ağır vəziyyətdir.

Ermənistan prezidenti də bir döyüşdə məğlub olmağın mümkün olduğunu, ancaq millət olaraq məğlub olmağın yolverilməz olduğunu bildirdi.

Sarkisyan, həmçinin ölkənin hüquq-mühafizə sistemini müstəsna qanunlar çərçivəsində fəaliyyət göstərməyə çağırdı.

“Hüquq-mühafizə orqanlarına müraciət edirəm. Bu gün ölkədə asayişi təmin etmək, güclü, qətiyyətli olmaq üçün böyük bir məsuliyyət daşıyırsınız. Qanundan və qanunçuluqdan heç bir kənarlaşma, heç bir qanun pozuntusu olmamlıdır, bu, qəbuledilməz və bağışlanmazdır. Qanunu və qanuna riayət etməyi qoruyub saxlamağa çağırıram”- prezident qeyd edib.

Qeyd edək ki, Yerevandakı etiraz aksiyaları noyabrın 10-na keçən gecə Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya və Azərbaycan liderləri ilə birlikdə atəşkəs və sülhməramlıların Qarabağa yerləşdirilməsi, habelə bölgənin Azərbaycana təhvil verilməsi barədə üçtərəfli bəyanata imza atmasından sonra başlayıb. Ermənistanda bu, təslim olmaq kimi qəbul edilib. Etirazçılar Paşinyanın istefasını tələb edirlər.sia.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button