Şikayət

“Araz” marketdən alınan çörəyin içindən taxta çıxdı – VİDEO

Bakıda müştəri aldığı çörəyin içindən taxta qırıntısı aşkarlayıb.Analoq.az bizim.media-ya istinadən bildirir ki, bu hadisə ilə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Şərur MTK binasında yaşayan vətəndaşlardan biri qarşılaşıb. Dediyinə görə “Binə” çörək zavoduna məxsus məhsul Şərur MTK binalarının yanında yerləşən “Araz” marketdən bu gün səhər alınıb. Evdə çörəyi kəsən zaman içərisində qaraltı görən şəxs diqqətlə baxdıqdan sonra onun taxta qırıntısı olduğunu müəyyən edib. Şəxsin bildirdiyinə görə çörəyin içərisindən çıxan taxta qırıntısının uzunluğu təxminən 3 sm-ə yaxın olub. Müştəri çörəyi istehsal edən “Binə” çörək zavodunun rəhbərliyinə səslənərək unun ələnməsində xüsusilə diqqətli olmalarını tələb edib. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button