Şikayət

“Yeni Klinika“dan narazılıq var: “Bilmirsən bura dövlət xəstəxanasıdır, yoxsa bazar“

Paytaxtda fəaliyyət göstərən ən böyük tibb müəssisələrindən biri olan “Yeni Klinika”nın fəaliyyəti vətəndaşlarda narazılıq yaradır.
Bu barədə Qlobal.az-a göndərilən məktubda deyilir.“Bakının ən böyük xəstəxanalarından olan “Yeni Klinika”da müayinə olunmaq özəl xəstəxanalardan da baha başa gəlir. Bu xəstəxanada qəbula düşmək üçün gərək gecə saat 5-də durub gedəsən. Bu qış gecəsi soyuq havada bayırda növbə tutmalısan. Adamlar gecədən gəlib soyuq-şaxtalı havada öz aralarında növbə qururlar. Alaqaranlıqdan taksi tutub gedib bayırda növbə tutdum, amma həkim qəbuluna düşə bilmədim. Qış gecəsi bayırda növbəyə dayanan insanlara baxanda bilmirsən bura dövlət xəstəxanasıdır, yoxsa bazar. Saat 11 olan kimi xəstəxanaya qəbul dayandırılır. Qeydiyyat şöbəsinə şikayət edəndə isə deyirlər ki, tez gəlin, növbə tutun. Bu barədə Təbib-ə, icbari sığortaya şikayət etmişik, amma məhəl qoyan yoxdur”.
Vətəndaşların “Yeni Klinika”dan narazı olduqları məqamlardan biri də həkim çatışmamazlığıdır: “”Yeni Klinika” böyüklüyündə bəlkə də Azərbaycanda xəstəxana yoxdu. Amma bu boyda xəstəxana bir dənə revmotoloqun ümidinə qalıb. O da qeydiyyat şöbəsinə tapşırıq verir ki, saat 10 tamamdan sonra mənə qəbul yazmayın”.

Qeyd edək ki, “Yeni klinika” tibb müəssisəsi 2020-ci ildən fəaliyyət göstərir.
“Yeni klinika”-nın baş direktoru Barat Yusubovdur.Məsələ ilə bağlı “Yeni Klinika”-dan mövqe öyrənə bilmədik.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button