Dünya

Ermənistanda etirazçılar Müdafiə Nazirliyinin önünə toplaşdılar

Ermənistanda Müdafiə Nazirliyinin binası önündə etiraz aksiyası keçirilib.

Analoq.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, etirazçılar keçmiş müdafiə naziri David Tonoyanla görüş tələb ediblər. Onlar D.Tonoyana bir neçə sual ünvanlamaq istədiklərini bəyan ediblər.

Mitinqçilərin önünə hakim “Mənim addımım” blokundan deputat Andranik Koçaryan çıxıb və bu gün hökumətin qaldırılmış məsələlər və suallarla bağlı müzakirələr keçirəcəyini söyləyib.//Unikal.org//

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button