Ölkə

Ceyhun Bayramov Bərdənin bombalanması ilə bağlı paylaşım edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın Bərdəyə raket hücumunun ikinci ildönümü ilə bağlı paylaşım edib.

Analoq.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “Twitter” hesabında paylaşım edib.

“Oktyabrın 27-28-də fəal hərbi əməliyyatlar zonasından kənarda əhalinin sıx məskunlaşdığı hissəyə Ermənistanın raket zərbələri endirməsi nəticəsində 27 nəfər həlak olub, 70-dən çox dinc sakin yaralanıb. Biz bu müharibə cinayəti nəticəsində xaincəsinə öldürülənləri xatırlayır və hörmətlə anırıq”, – nazir bildirib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button