Siyasət

Avropa Parlamentinin yeni rəhbər vəzifəsinə seçkilər yanvarın 18-də keçiriləcək

Avropa Parlamentinin (AP) yeni prezidenti vəzifəsinə seçkilər yanvarın 18-də Strasburqda baş tutacaq plenar iclas zamanı keçiriləcək. Analoq.az APA-ya istinadən xəbər verir ki, bu barədə AP-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, AP-yə müvəqqəti olaraq Avropa İnstitutu sədrinin birinci müavini Roberta Metsole rəhbərlik edəcək.

Qeyd edək ki, AP-nin 65 yaşlı prezidenti David Sassoli çərşənbə axşamı Aviano şəhərində gecə saatlarında vəfat edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button