GündəmSiyasət

Rusiyanı nə gözləyir?!. – Gənc siyasi şərhçi Fuad Qarayevin lakonik şərhi

Navalni’nin həbsi ilə əlaqədar Rusiyada çıxışlar yenidən artmağa başlayıb…
Belə də gözlənilirdi.. Amma, bir şeyi nəzərə alaq ki, Putinin kreslosu hər belə etirazlara laxlayacaq qədər sütunsuz deyil, deyə Dövlət İdarəçilik Akademiyasının tələbəsi, Gənc siyasi şərhçi – Fuad Qarayev öz fikirlərini Analoq.az saytı ilə bölüşüb.
O bildirib ki, Navalni Avropanın Rusiyadakı fiqurudur. Putinin isə belə müxaliflərlə necə rəftar etdiyi aydın məsələdir. Ən yaxşı halda, minimum həbs…
Kütləni hərəkətə gətirən qüvvənin fəaliyyəti donduruldu. Etirazların yenidən əvvəlki coşqusuna qayıtması çox zəif ehtimaldır..
Yəni, qocaman imperiyada hələ bir müddət də sabitlik davam edəcək…..

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button