Dünya

Paşinyan ermənilərin Kərkini boşaltması haqda göstəriş verdi?

Ermənistanın baş naziri Nikol Paşinyanın Ararat mərzinə dünənki gözlənilməz səfərinin maraqlı təfərrüatları üzə çıxıb.

Analoq.az xəbər verir ki, bu haqda işğalçı ölkənin “Johovurd” qəzeti yazıb.

Bir sıra bölgə sakinləri qəzet əməkdaşına bildirib ki, baş nazirin regional idarəetmə heyəti ilə görüşündən sonra N. Paşinyan, Ararat bölgəsindəki alay komandiri və qubernator Razmik Tevonyan arasında qapalı üçtərəfli görüş də keçirilməsi barədə şayiələr yayılıb.

“Görüşdə Tiqranaşen (Kərki) kəndinin sonrakı taleyinin müzakirə edildiyi bildirilir. Xüsusilə, 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli bəyanatdan sonra Tiqranaşenin (Kərki) Azərbaycana verilməsi gözlənilir və baş nazirin yaxın gələcəkdə kəndin boşaldılmasına əmr verdiyi barədə şayiələr var”- erməni qəzetində deyilir.

Xəbəri dəqiqləşdirmək üçün Paşinyanın rəsmi nümayəndəsi Mana Gevorkyana zəng edib.

M.Gevorkyan sualı belə cavablandırıb:

“Orada müzakirə olunan hər şey barədə bir məlumat yaydıq. Əlbəttə ki, daha lakonik təqdim etdik. Amma buna əlavə edəcək bir şey yoxdur. Baş nazir kəndi boşaltma əmri verməyib”.

Ancaq belə bir müzakirənin olub-olmaması bəlli olmadı” – deyə erməni qəzetinin əməkdaşı sonda yazıb.

Xatırlatma:

Kərki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi vahidində kənddir. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir.

1990-cu ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Hal-hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Ermənistan hökuməti kəndə “Tiqranaşen” adını verib.

1990-ci ildə ermənilər tərəfindən işğaldan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni qəsəbə salınıb. Məcburi köçkünlər Yeni Kərki qəsəbəsində məskunlaşıb.

1990–1993–cü illərdəki müharibə tarixə Sədərək döyüşləri kimi düşüb. 12–14 km-lik döyüş zolağı olan Sədərəkin Kərki kəndi Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir. Kənd ərazisindəki şəhidlikdə keçən əsrin əvvəllərində burada gedən döyüşlərdə şəhid düşmüş türk əsgərinin türbəsi var. Yerlilərin müharibə ilə bağlı anlatdıqları hekayələri dinləyərkən insanın damarlarında qanı donur. Bu günədək sakinlər düşmən mövqeləri ilə iç–içə yaşayır, üz–üzə çalışırlar… moderator.az

Sultan Laçın

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button