Region

AĞSU MEŞƏLƏRİNDƏ “YAŞIL SOYQIRIM” DAVAM EDİR-VİDEO

Azərbaycanda meşələrin “soyqırımı” davam edir.Bu dəfəki ünvan isə Ağsu rayonu Cəlair kəndidir.Redaksiyamıza müraciət edən kənd sakini deyir ki,bu cür ağacların məhv edilməsi Ağsu meşələrində ənənə halını alıb.Belə ki,bu, şikayətçinin redaksiyamıza göndərdiyi 4-cü belə faktdlır.Meşənin 43-cü kvartalında yerləşən zolağında baş verən ağac”soyqırımı”insanı dəhşətə gətirir.Ərazidə videomüraciət çəkən şikayətçi ağacların kəsimi ilə rastlaşaraq hadisəni lentə alaraq ictimailəşdirilməsi üçün bizə göndərib.Diqqət çəkın məqam ondan ibarətdir ki,ağacların kəsimi ilə məşğul olanlar çox soyuqqanlıqla işlərini davam etdirirlər.Dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və hüquq -mühafizə orqanlarına müraciət edən şikayətçi iddia edir ki,nazir Muxtar Babayevin bu məsələdən xəbəri olsa da heç bir reaksiya verilmir.Ona görə də son ümüd yeri kimi ölkə başçısı İlham Əliyevə müraciət edərək bu “yaşıl soyqırımın”durdurulmasına göstəriş verməsini xahiş edir.Hadisə yerindən çəkilən görüntüləri sizə təqdim edirik.Analoq.az olaraq yazıda adı çəkilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq./aztimes.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button