Elm və təhsilRegion

Göygöl şəhər 6 saylı tam orta məktəbində “Bilik günü”nə aid tədbir keçirildi-FOTOLAR

Bugün Göygöl şəhər 6 saylı tam orta məktəbində keçirilən “Bilik günü” tədbirində iştirak etdik və məktəbə ilk qədəmlərini qoyan şagirdlərimizə Göygöl rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Pashayevin xoş arzularını çatdırdıq.

Təhsildə qazandıqları uğurlara görə rayon rəhbərliyi tərəfindən təltif olunmuş şagirdlərə “Təşəkkürnamə” təqdim olundu.

Bu il “Bilik günü”nü fərqləndirən və qürürlandıran səbəblərdən biri də iştirak etdiyim məktbədə ilk zəngin Şəhid övladları tərəfindən çalınması oldu. Bu zəng məktəbə ilk qədəm qoyan şagirdlərimizi uğurlara və qələbələrə səsləyirdi.

Bilik bayramında ən yaxşı tövsiyə Ulu öndər Heydər Əliyevin kəlamıdır: “Bilmək üçün oxumaq, bacarmaq üçün oxumaq, yaşatmaq üçün oxumaq, qəlbiniz və ruhunuza yaxın olan nə varsa, onlar uğrunda mübarizə aparmaq naminə oxumaq lazımdır”.

Yeni dərs iliniz mübarək!

Vuqar Huseynov
Göygöl Rayon İcra Hakimiyyətinin məsul işçisi

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button