Manşet

Şöbə sədri Rafiq Daşdəmirliyə görə partiyadan istefa verdi

Jurnalist Savalan Talıblı Milli Cəbhə Partiyasından istefa verib. Bu barədə jurnalistin özü Facebook hesabında status paylaşıb.

O , qeyd edib ki , partiyadan uzaqlaşmağına səbəb Milli Cəbhə Partiyasının sədr müavini Rafiq Daşdəmirlinin ona qarşı etdiyi haqsızlıqlardır.

Jurnalist statusundda qeyd edib.SİTAT: “Rafiq Daşdəmirli mənim əvvəlcə siyahıdan çıxartdı. Sonra digər oyunlar. Şər-böhtan, haqqımı yemək və daha nələr…”

Savalan Talıblı bildirib ki, bütün bunların təşkilatçısı həmişə olduğu kimi Rafiq Daşdəmirli oldu. SİTAT:” Sözün düzü bu iyrənc oyunlar , şər -böhtanlar məni oradan uzaqlaşdırmağa vadar etdi.

Bu gündən sonra o partiyada bir dəqiqə də olsun dayanmağa gərək yoxdur. Buna nə vaxtım nə də həvəsim var. Rafiq Daşdəmirli və onun trol ordusu , sabunun “zdaçasıyla” guya “kişi” olanlar , Rafiq Daşdəmirli tərəfindən təhqir olunanlar buyurub barəmdə rəylər və statuslar yazsınlar.

Dövləti Avropa Məhkəməsinə verən daşdəmirli rafiq olan yerdə dayanmağın heç bir mənası yoxdur!”

Savalan Talıblı daha sonra qeyd edib ki , Facebook sosial şəbəkəsində Rafiq Daşdəmirlini yüngül tənqid etdiyinə , daha doğrusu, onun yazdığı statuslarda buraxdığı qrammatik səhvləri qeyd etdiyinə görə partiya üzvü tərəfindən sifarişli şəkildə tənqid olunub. Halbuki bugünə qədər yazılan statuslarda bir cümlədə belə nə Rafiq Daşdəmirli təhqir olunub nə də Milli Cəbhə partiyasının adı çəkilib. Bu da təbii ki , Rafiq Daşdəmirlinin “şər maşın”ının sürətli işləməsindən xəbər verir.

Sifariş verib , erməni budaq cümləsi yazdırdığı adam da bu “şər maşının” daimi müştərisidir. Necə deyərlər “ustadı ” Rafiq Daşdəmirli kimi onun da yazdıqlarının 90 faizində qrammatik və üslub səhvlərini aydın görmək olar. Yazılan bu bayağı və şər- böhtan dolu statusda Milli Cəbhə Partiyası Rafiq Daşdəmirlinin MCP- si kimi təqdim edilib. Məşhur bir el misalında deyildiyi kimi yengəsi gülüm olanın başına külüm olar.

Savalan Talıblı qeyd edib: “Təsəvvür edin, partiya sədri hansısa bir görüş keçirir , şəhid və qazi ailəsiylə görüşür partiyanın üzvləri onun statusuna o qədər də rəy yazmır, canfəşanlıq etmir. Amma mən Rafiq Daşdəmirlinin on beş cümləlik statusunda 16 (!) səhvi qeyd etmişəm partiyanın demək olar bütün üzvləri onu sanki dünya şöhrətli bir filoloq , nümunəvi bir insan kimi qələmə verməyə çalışıblar.

O partiyada Rafiq Daşdəmirlinin ziyan vurmadığı adam qalmayıb. Hamını hamıya düşmən edib. Bu gün isə həmin adamlar onun müdafiəsinə qalxıblar. Təbii ki, mən də belə ucuz və duzsuz oyunlarda ola bilmərəm. Ona görə qərara aldım ki , Rafiq Daşdəmirli kimi biri olan yerdə dayanmaq mənasızdır”.

Savalan Talıblı sonda qeyd edib ki , Milli Cəbhə Partiyasında Səbail Rayon şöbə sədri olsa da illərdir partiyadan heç bir məvacib almayıb. Bunun səbəbkarı da birbaşa Rafiq Daşdəmirli olub.


Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button