Şou

“Qorxuram ki, övladımı əlimdən alarlar”-MƏTANƏT İSGƏNDƏRLİNİN KEÇMİŞ GƏLİNİ

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canan qızının atası Kərim tərəfindən şiddət görməsi barədə polisə müraciət etməyib. Bu barədə “Qafqazinfo”ya Cananın özü məlumat verib. Sənətçinin eks-gəlini yalnız özünün döyülməsi səbəbi ilə polis bölməsinə şikayət ərizəsi yazdığını bildirib:

“Uşaq biz ayrılmamışdan əvvəl döyülüb. Bu barədə polisə müraciət etməmişəm. İstəmirəm, qorxuram ki, övladımı əlimdən alarlar. Həm də uşağımın atasıdır. Ancaq şiddət görməyim barədə iki ay əvvəl 9-cu Polis Bölməsinə şikayət ərizəsi yazmışam. İş tədqiqatçıdadır”.

Hazırda Moskvada olan M. İsgəndərli və Kərim telefonlara cavab verməyib. Müğənninin köməkçisi isə sualları cavabsız qoyub.

Qeyd edək ki, Əməkdar artistin oğlu Kərimlə xanımı Canan ötən il ayrılıb. Cütlüyün bu nikahdan üç övladı var.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button