Şou

Azərbaycan teleməkanında bir neçə məşhur verilişin efir saatı azaldıldı

ARB TV-də yayımlanan üç verilişin yayım saatı azaldılıb.

Bu barədə telekanal məlumat yayıb.

Məlumata görə, Elgiz Əkbərin aparıcısı olduğu “Elgizlə izlə” verilişi 14:00-16:30, Zümrüd Bədəlovanın aparıcısı olduğu “Xəbər ətər” verilişi 10:50-13:00, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişi isə 16:30-19:00-da yayımlanacaq

Bununla da sözügedən verilişlərin müddəti 2 saata yaxın azaldılıb.

Xatırladaq ki, bundan əvvəl ATV telekanalında yayımlanan “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev də verilişinin vaxtının azaldıldığını açıqlayıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button