Hadisə
Bakıda yaşayış binası yanır
Bakıda yaşayış binasında yanğın baş verib.Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Səbail rayonunun Neftçilər prospektində yerləşən dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın qeydə alınıb.
Qeyd edilib ki, dərhal hadisə yerinə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Hazırda yanğın söndürülür.
Əlavə məlumat veriləcək.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]