Sağlamlıq

“Pfizer” 12-15 yaş arası uşaqlara da vurula bilər

ABŞ əczaçılıq şirkəti “Pfizer” və alman biotexnoloji şirkəti “BioNTech” birlikdə 12-15 yaş arası uşaqlara peyvənd vurulması barədə ABŞ Qida və Dərman İdarəsinə (FDA) müraciət edib.“Qafqazinfo” xəbər verir ki, bu barədə “Pfizerin” sosial şəbəkə hesabında məlumat yayılıb. Qeyd edilib ki, 2021-ci il tədris ili başlamazdan əvvəl 12-15 yaş qrupuna peyvənd vurulacağına ümid olunur.

Qeyd edək ki, 12-15 yaş arası uşaqlar üzərində “Pfizer/BioNTech” peyvəndinin klinik sınaqlarının nəticələri ötən ay açıqlanıb.

Vaksin 16 yaşdan yuxarı insanlarda təcili istifadə üçün təsdiq edilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button