Siyasət

ABŞ-IN QONDARMA ERMƏNİ SOYQIRIMI İLƏ BAĞLI TÜRKİYƏNİ İTTİHAM ETMƏSİ TAMAMİLƏ ƏSASSIZDIR – GƏNC TARİXÇİ, DİFAİ GƏNCLƏR HƏRƏKATININ RƏHBƏRİ KƏNAN HƏMZƏOĞLU

Dünən ABŞ prezidenti Co Bayden rəsmi açıqlamasında XX əsrin əvvəllərində Osmanlı ərazilərindən ermənilərin köçürülməsini “soyqırım” adlandırdı. Bayden sözügedən ifadələri 1915-ci il hadisələrinin il dönümü ilə bağlı çıxışı zamanı səsləndirdi. Heç şübhəsiz ki, onun bu açıqlaması regionda yaranmaqda olan sülh və əməkdaşlıq meyillərinə sarsıdıcı zərbə vurdu.

Öz tarixi soyqırımıları, quldarlıq və qanlı müharibələrdən ibarət olan ABŞ-ın 1915-ci il hadisələri ilə bağlı arxivlərini açmağa hazır olan Türkiyəni ittiham etməsi tamamilə əsassızdır

Osmanlı imperiyası mövcud olduğu 623 il ərzində daim öz sərhədləri daxilində yaşayan digərm millətlərinvə dinlərin mənsublarına qarşı tolerant mövqe sərgiləmişdir. Bu avropalı müəlliflərinq qələməaldığı tarixi mənbələrdə də əksini tapmışdır. ABŞ üçün isə eyni sözləri deməyə tarix icazə vermir. Belə ki, Türkiyəni qondarma erməni soyqırımında ittiham edən ABŞ XVII əsrdən başlayaraq milyonlarla qızıldərilini qətlə yetirdi, bir o qədər də afrikalını qula çevirdi. 1945-ci ildə Drezden şəhərini bombardman edərək əksəriyyəti qadın və uşaqlardan ibarət olan 200 min insanın ölümünə bais oldu. Həmin il Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə atom bombaları atmaqla 350 min insanın ölümünə səbəb oldu. İkinci Dünya müharibəsindən sonra Koreyada 3 milyon, İndeoneziyada 500 min, Vetnamda qaz bombalarından da istifadə etməklə 4 milyon, Kamboca və Laosda 1 milyon, Əfqanıstanda 1.5 milyon, İraqda isə 2 milyondan çox insanın ölümü ilə nəticələnən hadisələrin səbəbkarı oldu.

Qanlı keçmişini görməzdən gəlib özünü “əzabkeş” ermənilərin müdafiəçisi kimi aparan ABŞ-ın qondarma erməni soyqırımı ilə bağlı Türkiyəni ittiham etməsi tamamilə əsassızdır.Ona görə ki, bu fakt deyil iddiadır. İddiaları fakta çevirmək üçün isə dəlil lazımdır. 106 ildir ki, iddia edilənlərlə bağlı heç bir dəlili olmayanların Türkiyəni ittiham etməsini isə şiddətlə qınayıram!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button