Ölkə

Elçin Quliyevin mühafizəçisindən TƏRBİYƏSİZLİK-jurnalisti yumruqladı – VİDEO

Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində jurnalistlərə hücum edib.
Analoq.az xəbər verir ki, hadisə tanınmış jurnalist, Baku.TV-nin əməkdaşı Tural Museyibov DSX-nin rəisi Elçin Quliyevdən açıqlama almaq istəyərkən baş verib.R.Cahangirov T.Museyibovu itələyib, ərazidən uzaqlaşdırmaq istəyib, bu prosesi çəkən operatora isə yumruq atıb.

Rövşən əvvəllər “Space” və “Lider” Tv-də çalışıb.Keçmiş media əməkdaşının özünü qoçu, qolu zorlu, zorba və kobud aparması ictimai qınaqla nəticələnib.
Qeyd edək ki, Rövşən Cahangirov Müğənni Elnarə Xəlilovanın həyat yoldaşıdır./Bakupost.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button