Gündəm
157 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilib
Avtobusların son dayanacaq məntəqəsi Xocasən qəsəbəsində şəhid ailələri və müharibə veteranları üçün inşa edilmiş yeni yaşayış kompleksi olacaq
Sərnişinlərin müraciəti nəzərə alınaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksini Xocasən qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilib.
? Dəyişikliyə əsasən marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi Xocasən qəsəbəsində şəhid ailələri və müharibə veteranları üçün inşa edilmiş yeni yaşayış kompleksi müəyyən edilib.
Marşrutun fəaliyyəti qeyd edilən əraziyə 30.09.2021-ci il tarixindən təmin ediləcək.
Urqiyyə Təbrizli, analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]