Manşet

Quterreş: “BMT Azərbaycan və Ermənistana sülh və yenidənqurma məsələlərində kömək göstərməyə hazırdır”

BMT-nin Baş katibi Antoniu Quterreş Azərbaycan, Rusiya və Ermənistanın üçtərəfli görüşünün keçirilməsini alqışlayır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

“BMT-nin Baş katibi noyabrın 26-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü alqışlayır, həmçinin Rusiyanın təmasların və dialoqun davam etdirilməsindəki rolunu təqdir edir. Quterreş Azərbaycan və Ermənistanı bütün mövcud formatlardan istifadə etməklə, o cümlədən ATƏT Minsk Qrupu çərçivəsində qalan məsələləri həll etməyə çağırır”, – Haq bildirib.

BMT rəsmisi qeyd edib ki, təşkilat Azərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsinə, o cümlədən humanitar yardım və yenidənqurma məsələlərinə kömək göstərməyə hazırdır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button