Region

“Azəriqaz” Lənkəranda “Açıq mikrofon” aksiyası keçirəcək

Aksiyada sahibkarları maraqlandıran sualları cavablandırılacaq

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Lənkəran rayonunda təşkil olunacaq. “Azəriqaz” İB-nin rəhbər şəxsləri Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində (Mədəniyyət evinin qarşısı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” dekabrın 2-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button