Siyasət

Türkiyə ilə Ermənistan arasında çarter reysləri təşkil olunacaq

“Ermənistanla münasibətlərin normallaşdırılması addımları çərçivəsində ikitərəfli nümayəndəliklər açacağıq. İrəvana çarter reyslərinə başlayacağıq”.

“TRT Haber” in verdiyi xəbərə görə bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələrində çıxış edən nazir Ermənistanla münasibətlərin normallaşması çərçivəsində bir sıra addımların atılacağını qeyd edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button