Ölkə
Şamaxının icra başçısı karantinə alındı
Şamaxı rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. Analoq.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.
Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalayarına uyğun olaraq karantindədir.
Qeyd edək ki, Şamaxının icra başçısı Tahir Məmmədovdur.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]