Aktual

Qax rayon sakini Abdulla Şahmurov təbiətə 17 min 400 manat məbləğində ziyan vurub

O, Almalı bələdiyyəsinə məxsus ərazidə ağacları özbaşına kəsib

Qax rayonundakı Almalı bələdiyyəsinə məxsus ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Qax rayon sakini Abdulla Şahmurov tərəfindən kəsildiyi və təbiətə 17 min 400 manat məbləğində ziyan dəydiyi məlum olub.
“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button