Manşet

Borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Daxili işlər orqanları tərəfindən Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən şənbə və bazar günləri törədilmiş 77 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə ümumilikdə 68 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır.
Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatla bağlı 29 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılmışdır.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button