Sağlamlıq

ABŞ-də “Omirkon”dan ilk ölüm

COVID 19-un “Omirkon” variantı sürətlə yayılmaqdadır. ABŞ-də artıq dominantlıq edən bu ştamdan ilk ölüm faktı qeydə alınıb.

Xəstəlikdən dünyasını dəyişmiş pasiyent 50 yaşlarında Texas sakinidir. Bildirilir ki, o, vaksinasiya kursu keçməyib və səhhətində problemlər olub. ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, “Omikron” hazırda ölkədə dominant ştamdır. Ötən həftə yoluxmalarn 73%-ni koronavirusun bu varinatı təşkil edib. Bəzi bölgələrdə, o cümlədən, cənub-şərq və şimal-qərb regionlarda yoluxmaların 90%-i “Omikron”un payına düşüb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button