Elm və təhsil

Məktəbəqədər təhsilə dair vahid məlumat bazası yaradılacaq

Məktəbəqədər təhsilə dair vahid məlumat bazası yaradılacaq

Bunu təhsil naziri Emin Əmrullayev ölkə başçısının dünən təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinqdə bildirib.

O qeyd edib ki, Təhsil Nazirliyinin artıq mövcud olan müsbət təcrübələri var. Məktəbəqədər təhsil müəssisələrində də elektron sistemin tətbiqi mümkündür: “Qısa zamanda bu müəssisələrin məlumat bazaları toplanacaq. Vahid bazanın olması bizə müəllim və uşaqlarla bağlı daha dəqiq məlumat almağa imkan verəcək. Paralel olaraq daha çox özəl və alternativ məktəbəqədər təhsil müəssisələrin sayının artırılması məsələsinə baxılacaq. Hazırda 85 faiz uşaq məktəbəqədər hazırlığa cəlb olunub. Bu, Azərbaycan təhsilinin əsas uğurlarından biridir”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button