Siyasət

Ermənistanda İrəvan-İstanbul uçuşlarına rəsmi icazə verildi

“Flyone Armenia” bir neçə gün əvvəl Ermənistan və Türkiyənin aviasiya rəhbərliyinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə çarter reyslərinin yerinə yetirilməsi üçün icazə almaq xahişi ilə müraciət edib. Ermənistanın Mülki Aviasiya Komitəsinə bu məsələyə müsbət yanaşmasına görə təşəkkür edirik”, – Ananyan qeyd edib.

O vurğulayıb kİ, şirkət hazırda Türkiyə tərəfinin icazəsini gözləyir.

Xatırladaq ki, dekabrın 16-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Ankara İstanbul-İrəvan-İstanbul reyslərinin açılması üçün Türkiyə və Ermənistan aviaşirkətlərinin müraciətlərinə baxır. Dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur nazirinin bəyanatına əsasən, Türkiyənin “Pegasus” aviaşirkəti İrəvana uçuşlar həyata keçirəcək. Türkiyə tərəfi hələlik uçuşların vaxtı ilə bağlı təfərrüatları açıqlamayıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button