Mübariz İbrahimov və Fərid Əhmədovun şəhid olmasından on il ötür
Azərbaycanın igid oğlanları, əfsanəvi hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündən 10 il keçir.
Gizir Mübariz İbrahimov 2010-cu il iyunun 19-da gecə təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitinə gözlənilməz həmlə edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.
Fərid isə Mübarizin qisasını almaq üçün 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub.
Onların nəşi 2010-cu il noyabrın 6-da doğma Vətənə gətirilmişdir.
Qeyd edək ki, oktyabrın 4-də Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.
Analoq.az