“LeoBank” müştəriləri ilə məzələnir?
“Şikayətim “Leobank”dandır”. Analoq.az bildirir ki, bu barədə “Müştərinin Səsi” sosial qrupunda istifadəçilərdn biri giley edir.
Daha sonra narazı vətəndaş yazır: “Şəkildə göründüyü kimi 20 avqust tarixində “UniBank” bankomatından hesabımı artırmışam.
Ertəsi günü ,21 avqust tarixində eyni mesaj gəlir… Amma balansımdan pul çıxılır. Şikayətimi bildirəndən sonra dedilər 1 həftə ərzində baxılacaq…
1 həftədən sonra operatorun biri dedi ki, “polise verin, kimsə sizin kartdan istifadə edib…” Həmin günün axşamı dedilər ki, polisə verməyin, belə problemlər 1- 2 ay ərzində həll olunur.
Yenə əlaqə saxlayıram, deyirəm, artıq 2 ayın tamam olmağına az qalıb. Deyirlər ki, bir az da gözləyin… araşdırılır. Haçana kimi? Kamera, her şey göz qabağında ola-ola araşdırmanı uzada-uzada qalıblar….”
Vətəndaşın iddiası ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq/dia.az
Analoq.az