Ölkə
Xəzərdə bir nəfər batıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu ərazisində 1980-ci il təvəllüdlü Məmmədov Yusif İsak oğlunun dənizdə (nəzarətsiz ərazi) batması barədə məlumat daxil olub.
FHN-in saytının verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Y. Məmmədovun meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]