Aktual

“Rusiyanın teleqüllə planı da işləməyəcək” – Könül İsmayılova

Kiyevə hücuma keçməyə hazırlaşan Kreml adminstrasiyası son şansını yoxlayacaq…

Müasir Müsavat Partiyasının sədr müavini: “Müharibə başlayandan bu günə qədər Ukrayna xalqı qəhrəmanlıq nümayiş etdirir. Çətin günlər yaşamaqlarına baxmayaraq ölkələrinə daxil olan rus qoşunlarına müqavimət göstərməkdə davam edirlər”.

Xəbər verdiyimiz kimi artıq bir həftədir ki, Rusiya və Ukrayna arasında amansız döyüşlər gedir. Ukrayna və Rusiya müharibəsinin son vəziyyəti ilə bağlı Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova PİA.az-a danışıb.

Könül İsmayılova: “Ruslar öz torpaplarına sığmayana qədər heç bir xalq rahat yaşamayacaq”.

Xalq nə qədər mübarizə aparsa da, müharibə şəraitinə dözməyin də bir zamanı olduğunu vurğulayan Müasir Müsavat Partiyanın sədr müavini bildirib ki, Ukrayna xalqı indi işğala məruz qalan bir xalq kimi çox ağır günlərini yaşayır:

“Dünən yayılan xəbərlərdən aydın oldu ki, Rusiya ordusunun bölmələri və hərbi texnikası Xerson şəhərinə daxil oldu. Artıq bir həftədir ki, Ukrayna və Rusiya arasında müharibə davam edir. Öz işğalçılıq planlarını həyata keçirmək istəyən rus qoşunları Ukraynanın bir neçə şəhərlərinə daxil olublar. Ukrayna ordusu onlara müqavimət göstərməsinə və şəhərə daxil olmamaları üçün manelər törətsələr də rus qoşunları şəhərlərə daxil olmaqda davam edirlər.

Ukrayna prezidenti Zelenski isə yalnız ukraynalıların bombalanmasının dayandırılması qarşılığında Rusiya ilə növbəti danışıqlara razıdır. Görünən odur ki, bu müharibədə ən çox zərər görən Ukrayna xalqıdır. Müharibə dəhşəti nə qədər ağır olsa, xalq nə qədər mübarizə aparsa da, müharibə şəraitinə dözməyin də bir zamanı var. Ukrayna xalqı indi işğala məruz qalan bir xalq kimi çox ağır günlərini yaşayır”.

Könül İsmayılova rus ordusunun təxribatlar törətməkdə davam etdiyini nəzərə çatdırıb:

Ukrayna ordusu rus ordusuna lazımı müqaviməti göstərir. Rus ordusunun verdiyi açıqlamadan bilinir ki, heç rusların da vəziyyəti yaxşı deyil. Amma buna baxmayaraq ruslar öz təxribatlarını törətməkdə davam edirlər. Kiyev teleqülləsinə atdıqları iki raket da bu təxribatlardan biridir. Aydın məsələdir ki, Rusiya teleqülləni vurmaqla informasiya müharibəsinə köklənir. Rusiya bu yolla Ukrayna əsgərlərinin təslim olması, Zelinski barədə doğru olmayan xəbərlər yayacaq. Burada da onların əsas məqsədi Ukrayna xalqı arasında xof yaratmaqdır. Amma düşünürəm ki, Rusiyanın bu planı da işləməyəcək. Çünki müharibə başlayandan bu günə qədər Ukrayna xalqı qəhrəmanlıq nümayiş etdirir. Çətin günlər yaşamaqlarına baxmayaraq ölkələrinə daxil olan rus qoşunlarına müqavimət göstərməkdə davam edirlər.

Bu müqaviməti hətta, rus əsgərlərinə ukraynalı uşaqlarda da göstərir. Çünki Rusiyanın Ukraynaya hücumundan ən çox təsirlənən uşaqlar oldu. Yayılan videolardan görünür ki, bəzi ailələr Kiyevdən çıxmağa müvəffəq olsalar da, xərçəng xəstəsi olan uşaqlar sığındıqları uşaq xəstəxanasının zirzəmisində müalicələrinə davam edirlər. Uşaqlara belə mərhəmət göstərməyən bir işğalçı dövlətin ordusunun məqsədinə çatması isə çətin görünür.

Dahi Azərbaycan şəxsiyyəti Məhəmməd Əmin Rəsulzadə deyib ki, rus kiçilib öz tarixi torpaqlarına sığmayana qədər, dünya xalqlarına rahatlıq yoxdur. Həqiqətən də belədir. Ruslar öz torpaplarına sığmayana qədər heç bir xalq rahat yaşamayacaq”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button